14 yaşlı qız dəm qazından zəhərləndi

 09:51 24.11.2021     290

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Ağayeva Məhrub Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.