Tərtər sakini qohumunu qətlə yetirdi

 10:32 24.11.2021     227

Noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.