Dünən minaya düşən fəhlənin görüntüləri - VİDEO

 12:04 30.11.2021     1758

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.

Redaktor.az xəbər verir ki, N. Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər. 

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.