Bakıda çoxmərtəbəli binada yanğın olub

 21:17 25.12.2021     163

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.