Gədəbəydə yük avtomobili yandı
Gədəbəy rayonunun Yenikənd kəndində “QAZel” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













