Rusiyada 30-dan çox avtomobil zəncirvari qəza törətdi, ölən və yaralananlar var

 17:02 26.12.2021     458

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 30-dan çox avtomobilin iştirakı ilə qəza baş verib, onlardan ən azı dördü yük maşınıdır.

Redaktor.az  xəbər verir ki, yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb, daha bir nəfər ölüb.

Məlumata görə, qəza Karmaskalinski rayonunun Aleksandrovka kəndi yaxınlığında, Ufa-Orenburq yolunun 49-cu kilometrliyində baş verib. İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Vumart və Güvən reklamı Vumart Güvən