Ağsuda yeddi kənd işıqsız qaldı - YENİLƏNİB

 22:46 26.12.2021     454

Ağsuda yol qəzası nəticəsində işıqsız qalan Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndlərinin elektrik enerjisi ilə təchizatı bərpa olunub.

Bu barədə Redaktor.az-a "Azərişıq" ASC-dən bildirilib.

Qeyd edilir ki, hadisədən dərhal sonra əraziyə qəza xidmətinin əməkdaşları göndərilib və təxminən 20 dəqiqədən sonra qəza nəticəsində kəsinti yaranan kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub

19:47

Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub.

Redaktor.az xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır (report).