Bu rayonda əkin sahəsində kişi meyiti tapıldı - YENİLƏNİB

 18:00 31.12.2021     570

Göygöldə əkin sahəsində tapılan meyitin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, həmin şəxs rayonun Əzgilli kənd sakini 1970-ci il təvəllüdlü Natiq Bayramovdur.

Müayinə zamanı onun öz əcəli ilə öldüyü məlum olub.

***

Göygöldə meyit tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Bənövşəli kəndində qeydə alınıb.
Həmin ərazidə yerləşən əkin sahəsindən orta yaşlı kişi meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub (apa).