Ərzaq mağazasında partlayıcı satan şəxs saxlanıldı

 18:42 31.12.2021     765

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.