Gənc qız dəm qazından öldü - Sabah 18 yaşı olacaqdı...

 19:46 31.12.2021     788

Hacıqabulda 18 yaşlı qız dəm qazından boğulub.

Redaktor.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Rəncbər kəndində qeydə alınıb.

Rəncbər kənd sakini, 2004-cü il təvəllüdlü Əsədova Könül Əkrəm qızı vanna otağında dəm qazından keçinib.

Qeyd edilir ki, gənc qızın 2022-ci il yanvarın 1-də 18 yaşı tamam olacaqdı.

Faktla bağlı araşdırma aparılır (apa).