Azərbaycanda bu yolda 40-a yaxın maşın toqquşdu - Ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.
Redaktor.az xəbər verir ki, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib
Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.
Hadisə yerindən foto və videonu təqdim edirik.
***
Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var.
Əlavə məlumat veriləcək (apa).