Keçmiş məhkum Bakıda qətl törətdi

Bakı şəhərində 32 yaşlı kişi keçmiş məhkum tərəfindən qətlə yetirilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.