Bakıda mağazanı yaran şəxs saxlanıldı

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə rayon ərazisindəki mağazaların birində M.Hacıyevanın içərisində 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd bank kartı olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Məmmədzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.