Kürdəmirdə mikroavtobus aşdı - ölən və yaralananlar var

 12:55 01.01.2022     847

Kürdəmirdə ağır yol qəzası baş verib. Ölən və yaralananlar var.

Redaktor.az xəbər verir ki, Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 1976-cı il təvəllüdlü Quliyev Elgiz Mirzə oğlunun idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Xəlilov Rahib Osman oğlu ölüb, bir neçə nəfər ağır yaralanıb.

İlkin məlumata görə, yaralılar siyahısı belədir:

Quliyev Elgiz Mirzə oğlu,

Xəlilova Şövkət Əhməd qızı,

İbrahimov Cəlal Qüdrət oğludur.

Digər yaralıların kimliyi barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub (apa).

Vumart və Güvən reklamı Vumart Güvən