Goranboyda qəza, xəsarət alan var

 17:37 01.01.2022     728

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki,  hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (apa).