Bakıda iki maşın toqquşdu - Xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub.
Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Bərxudarov Bəxtiyar Aqil oğlu və 1999-cu il təvəllüdlü Rzayev Ramil Ədalət oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır (report).