Bakıda avtomobil gənc oğlanı vurdu

 10:12 02.01.2022     775

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Orxan Orucovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.