Avtomobil qaz borusuna çırpıldı - sürücü xəsarət aldı

 12:01 02.01.2022     1228

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən