DSX-nin çavuşu baş leytenantı və kiçik gizirləri QƏTLƏ YETİRDİ

 21:48 02.01.2022     1185

Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Redaktor.az DSX-yə istinadən xəbər verir ki, baş çavuş E.Əvəzli bundan sonra silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.