Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.
Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
***
Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi minaya düşüb.
Redaktor.az “Haqqin.az”a istinadən xəbər verir ki, insident Kəlbəcər rayonunun Zülfüqarlı kəndində baş verib.
Məlumata görə, sözügedən hərbçi Gəncədəki hospitallardan birinə çatdırılıb. Həkimlər hərbçinin ayağını amputasiya etməli olub.