"Toyota"dan 12 kq heroin, 10 kq “patı” tapıldı

 20:38 03.01.2022     572

Bakıda maşında külli miqdarda narkotik daşıyan şəxslər saxlanılıb.

DİN Mətbutat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar edilib.

R.Rəhimovun idarə etdiyi “Toyota ” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülüb.