Şəmkirdə qadın özünü asdı

 23:37 03.01.2022     1575

Şəmkir rayonunda qadın intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə Şeyidlər kəndində qeydə alınıb. Kənd sakini, təxminən 55-60 yaşlı Telnaz Əliyeva yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Qeyd edək ki, qadının həyat yoldaşı bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib. O, oğlu ilə birlikdə yaşayırmış.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.