Goranboyda maşın aşdı, sürücü vəfat etdi - YENİLƏNİB

 09:36 04.01.2022     1505

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alan sürücü xəstəxanada vəfat edib.

Ölən şəxs 1967-ci il təvəllüdlü Quliyev Mahirdır.

00:33

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.