Goranboyda gənc qız dəm qazından zəhərləndi

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib. 2001-ci il təvəllüdlü İ.Yusibova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 21 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib (apa).