Azərbaycanda qadın özünü kanala atdı - FOTO

 11:04 04.01.2022     574

Xaçmazda qadının özünü kanala atdığı barədə polisə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları Samur- Abşeron kanalında axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb. Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.

 

22222