Azərbaycanda qadın ərini balta ilə ÖLDÜRDÜ - YENİLƏNİB

 12:40 04.01.2022     1297

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

Redaktor.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib.

O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, onların 2 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı,1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb (report).