Azərbaycanda arvadı tərəfindən qətlə yetirilən kişi vəzifəli şəxsin oğlu imiş

Ağstafada qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.
Redaktor.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Qeyd edək ki, mərhumun iki qız övladı var (apa).
Xatırladaq ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
1985-ci il təvəllüdlü Aynur Abdullayeva ailə münaqişəsi zəminində əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə öldürüb.
Faktla bağlı araşdırmalar aparılır.