Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanıldılar - FOTO

 15:59 04.01.2022     1204

Xaçmaz  Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini,  ona məxsus mağazadan qapını sındırma yolu ilə, oğurluq edilməsi  barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilmiş və oğurluq hadisələrini  törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.

Faktlar bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

22222