Bakıda kişi arvadını qətlə yetirdi - YENİLƏNİB/FOTO

 17:15 04.01.2022     517

Bakıda həyat yoldaşını balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən kişi tutulub.

Xətai rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd olunub ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 16:37

Bakıda kişi arvadını qətlə yetirib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Əhmədli qəsəbəsi General Əliağa Şıxlinski 29/42 ünvanında yerləşən yaşayış binasında baş verib.

Belə ki, ailə münaqişəsi zəminində 1987-ci il təvəllüdlü O.Əliyev həyat yoldaşı N.Əliyevanı bıçaqlayaraq qətlə yetirib.

O, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır (oxu.az).

222