Göygöldə 33 yaşlı qadın dəm qazından zəhərləndi

 17:24 04.01.2022     332

Göygöl sakini dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib (apa).

Vumart və Güvən reklamı Vumart Güvən