Gəncədə 51 yaşlı şəxsi bıçaqladlar

 21:46 04.01.2022     155

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, 51 yaşlı Mehman İkram oğlu Hüseynov mübahisə zəminində bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 1985-ci il təvəllüdlü Zahir Həsənov saxlanılıb.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.