Yasamalda 26 yaşlı qız dəm qazından zəhərləndi

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az məlumatına görə, hadisə rayonun Mustafa Sübhi küçəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Ələsgərova Könül Şamil qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.