Azərbaycanda bacılar qardaşlarını BALTALADILAR - TƏFƏRRÜAT/YENİLƏNİB

 12:58 05.01.2022     447

Astara rayonunda qardaşın bacıları tərəfindən baltalanmasının təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Astara rayonunun Təngərüd kəndində baş verib.

1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qəmbərova bacıları - 1979-cu il təvəllüdlü Nargilə və 1992-ci il təvəllüdlü Nadirə Qəmbərova tərəfindən balta ilə xəsarətlər yetirilib.

Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan İ.Qəmbərov dünən Çeçenistan Respublikasından evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan sonra bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.

Çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Qəmbərov dərhal əməliyyata alınıb. Həyati təhlükəsi yoxdur.

Hadisəni törədən bacılar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

*** 10:26

Astara rayonunda bacılar qardaşlarına balta ilə xəsarətlər yetirib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə Qənbərova bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır (report).