Azərbaycanda səfirliyin katibi qəzaya düşdü

 11:36 06.01.2022     141

Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib (report).