İllərlə axtarışda olan qatil maska ​​qadağasını pozarkən yaxalandı

 19:58 06.01.2022     536

Polşada 20 il axtarışda olan qatil COVID-19 epidemiyası səbəbiylə tətbiq edilən maska ​​qadağasını pozaraq ələ keçib.

Redaktor.az xəbər verir ki, Varşavanın polis müfəttişi Elvira Kozlovska paytaxtın şimal-şərqindəki Belyanı şəhərindəki bir mağazada maskasız gəzdiyi üçün saxlanılan şəxsin qətlə görə 25 il həbs cəzası alan qaçaq məhbus olduğunu açıqlayıb.

45 yaşlı məhkum dərhal həbsxanaya aparılıb.

Qaçaq qatilin 2002-ci ildə adam öldürüb parçalayaraq, qurbanın ətini yeməkdə təqsirli bilindiyi qeyd edilib.