Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı

 10:12 07.01.2022     446

Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb. Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Hazırda  qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.