Şəhid abidəsindən gül dibçəyini oğurlayan şəxs saxlanıldı

 15:16 07.01.2022     449

Biləsuvarda gül dibçəyi oğurlayan şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində Vətən müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından dörd ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən