Cəlilabadda zəncirvari qəzada xəsarət alanlar var 

 19:23 07.01.2022     419

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, qəza şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 2106", "VAZ 21011" və "VAZ 2101" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar təcili yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən