Goranboyda yol qəzası - Xəsarət alanlar var - YENİLƏNİB

 13:07 08.01.2022     821

Xəbər verdiyimiz kimi, Goranboyda idarəetməni itirən avtomobil aşıb.

Redaktor.az xəbər verir ki, Veysli kəndi yaxınlığında baş verən hadisə bir qrup gəncin doğmalarını hərbi xidmətə yola solmaq niyyətilə yola çıxdıqları zaman baş verib.
İdarəetmədən çıxan “Vaz2107” markalı maşın aşıb. 

Qəza nəricəsində yaralanan 2002-ci il təvəllüdlü Gəncə sakini Elvin Məmmədov, həmçinin Goranboy rayon sakinləri 2000-ci il təvəllüdlü Eltac Abuzərov və 2002-ci il təvəllüdlü Sərxan Məmmədov xəstəxanaya yerləşdiriliblər (Bizim.Media).

***

10:10

Goranboy rayonunda yol qəzası baş verib, üç nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Veyisli kənd yolunda qeydə alınıb.

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (report).