Vətən müharibəsi iştirakçısı dəm qazından boğuldu - FOTO

 13:56 08.01.2022     382

Azərbaycanda Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq ölüb. 

Redaktor.az xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib. 

M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olurdu (lent.az).

2