Bakı sakinləri qazdan zəhərləndilər

 23:59 08.01.2022     320

Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Əsgərli Ləman Xəlil qızı və 1995-ci il təvəllüdlü Mədətzadə Orxan Xəqani oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.