Avtomobil sərxoş piyadanı vurdu, vəziyyəti ağırdı

 08:58 09.01.2022     274

Bakıda avtomobil sərxoş piyadanı vurub.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində yüksək sürətli yolun piyadalar üçün nəzərdə tutulmayan yerindən keçən 1978-ci il təvəllüdlü Xudiyev Zaur İba oğlunu “10-KR-811” dövlət nömrə nişanlı, “VAZ-2110” markalı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır (report).