Yol-nəqliyyat hadisəsində iki qardaş xəsarət aldı

 09:56 09.01.2022     276

Bakıda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Qara Qarayev prospektində 2004-cü il təvəllüdlü Qardaşov Vüsal Əli oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı V.Qardaşov və kiçik qardaşı (şəxsiyyəti dəqiqləşdirilir-red.) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən