Bakıda gənc oğlanı maşın vurub öldürdü

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.
“Opel” markalı avtomobilin idarə edən sürücü yüksək sürətlə hərəkətdə olarkən qəfil onun qarşısına 20-25 yaşlı şəxs çıxıb.
Avtomobilin vurması zamanı ölən şəxs tanınmaz hala düşüb. Onun təxminən 20-25 yaşlı kişi olduğu bildirilir. Meyit aidiyyəti üzrə morqa təhvil verilib.
Hazırda ölən şəxsin kimliyi araşdırılır (apa).