Maşın mağazaya girdi - FOTO

 17:53 10.01.2022     111

Göyçay rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

Yolda sürətlə hərəkət edən "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış "VAZ 2106", "VAZ 21011" və "VAZ 2107" markalı avtomobillərə çırpılıb. Sonra "VAZ 2107" markalı avtomobil elektrik dirəyini aşırıb, telefon mağazanın pəncərəsindən içəri daxil olub.

Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Telefon mağazasının sahibi Rauf Musayev bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almayıb.

Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır (apa).

Göyçay, qəzaGöyçay, qəzaGöyçay, qəzaGöyçay, qəzaGöyçay, qəza