Bakıda şagird sinif yoldaşını bıçaqladı

 23:16 10.01.2022     126

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məktəbdən bildirilib.

Məlumata görə, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb (qafqazinfo.az).