Qazaxda yeniyetmə dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.
2007-ci il təvəllüdlü N.Babayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 15 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.