Məktəbdə kişini cərəyan vurub öldürdü

 13:56 11.01.2022     458

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Qaraqoyunlu kənd sakini, 1988-ci il təvəllüdlü Şərifov Xəyal İxtiyar oğlu Ağsu şəhər 2 saylı tam orta məktəbdə qırılan naqillərin bərpası zamanı ehtiyatsızlıq edib, qəflətən cərəyan onu vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən