43 yaşlı kişi tanışı tərəfindən öldürüldü

 10:07 12.01.2022     291

Sumqayıtda qətl hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən