Goranboyda daha bir qəza - xəsarət alanlar var

 17:58 12.01.2022     744

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, digər 2 nəfər, Ağstafa rayon sakini, 2008-ci il təvəllüdlü M.Rəhimova və Qazax rayon sakini, 1951-ci il təvəllüdlü A.Bağırov xəstəxanaya aparılıblar.
Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (report).

Qeyd edək ki, bu gün Goranboy şəhərində və rayonun Xan Qərvənd kəndində də avtomobil qəzası baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən